Avtobus avtosisternlə toqquşub: 50 yaralı

Avtobus avtosisternlə toqquşub: 50 yaralı

Avtobus qarşıdan gələn sisternli yük maşınına çırpılıb. Kubanın şərqində sərnişin avtobusu ilə sistern daşıyan yük avtomobilinin toqquşması nəticəsində 50-dən artıq insan xəsarət alıb. Cars-az "report"-a istinadən xəbər verir ki, bu barədə Kubanın "Cubadebate" internet portalı məlumat yayıb. Yol qəzası Havananın 550 kilometr şərqində Syerra-de-Kubitas qəsəbəsi ilə Kamaquey şəhəri arasında baş verib. Sərnişin avtobusu qarşıdan gələn hərbi hissəyə məxsus sisternli maşına çırpılıb. Hadisə nəticəsində xəsarət alan 42 nəfər xəstəxanaya yerləşdirilib. Qalan şəxslərə yerində tibbi yardım göstərilib.

Dostlarınla paylaş


Şərhlər


Top