ATV-nin maşını piyadanı vurdu

ATV-nin maşını piyadanı vurdu

ATV telekanalının avtomobili ilə piyada vurulub. Cars-az xəbər verir ki, bu barədə məlumatı musavat.com-a 3 saylı Şəhər Kliniki Xəstəxanasından veriblər. Bildirilib ki, hadisə bir qədər əvvəl Yeni Günəşli qəsəbəsində baş verib. ATV teleşirkətinə məxsus “Ford” markalı avtomobilin qarşısına qəfildən piyada çıxıb.

Sürücü idarəetməni itirib və piyadanı vurub. Müxtəlif dərəcəli sınıq xəsarətləri alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Dostlarınla paylaş


Şərhlər


Top