"BMW" qaz borusunu ikiyə böldü

"BMW" qaz borusunu ikiyə böldü

Gecə saatlarında Şəki-Oğuz yolunda ağır qəza hadisəsi baş verib. Cars-az regiontv-yə istinadən xəbər verir ki, İsmayıllı şəhər sakini Şirəliyev Məftun idarə etdiyi 10 -RU-203 dövlət nömər nişanlı "BMW" markalı avtomobillə oğuz istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və ərazindən keçən qaz borusuna dəyib. Zərbənin təsirindən boru bölünüb. Hadisə nəticəsində xəsarət alan sürücü Məhtun Şirəliyev və sərnişin Sənan Quliyev rayon xəstəxanasına çatdırılıblar. Xəstəxandan verilən məlumta görə, hər ikisinin vəziyyəti orta ağır hesab olunur. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top