04.11.2015
Qəzalar
Nəqliyyat Nazirliyinin «Kamaz»ı «07»ni bu hala saldı; ölən var
Ələt - Astara magistralında ölümlə nəticələnən dəhşətli qəza olub. Hadisə magistral yolun Cəlilabad rayonun Alar kəndi hissəsində baş verib. Hadisə şahidlərinin anspress-ə verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinə məxsus "Kamaz" markalı yük maşını ilə «VAZ-2107» markalı avtomobillə toqquşub. "07"-nin sürücüsü Əzizov Güloğlan Mərdi oğlu hadisə yerindəcə keçinib. Ölən sürücünün Alar kənd sakini olduğu bildirilir. Hadisənin təfərrüatları hələlik dəqiq bilinmir.
Dəhşətli qəzanın görüntülərini təqdim edirik: