04.11.2015
Qəzalar
Yolu keçən piyadanı avtomobil vurdu
Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib, hadisə aprelin 28-də saat 05 radələrində qeydə alınıb.
Lökbatan qəsəbəsində qəsəbə sakini Namiq Gülmalıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Mustafa Bayacını vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.