"Fənərbağça"nın avtobusuna növbəti hücum

"Fənərbağça"nın avtobusuna növbəti hücum

"Fənərbağça"nın avtobusuna növbəti hücum

"Fənərbağça"nın avtobusu növbəti dəfə hücuma məruz qalıb. Cars-az Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə "Bursaspor"la Türkiyə kubokunda yarımfinal oyunu öncəsi baş verib.

"Bursaspor"lu azarkeşlər İstanbul klubunun futbolçularını daşıyan avtobusa butulkalar atıblar. Polisin müdaxiləsindən sonra azarkeşlər hadisə yerindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, aprelin 4-ü Türkiyə Superliqasında "Rizespor"a qarşı matçdan sonra "Fənərbağça"nın üzvlərini daşıyan avtobus silahlı basqına məruz qalıb. Nəticədə avtobusun sürücüsü və futbolçular xəsarət alıblar.

Dostlarınla paylaş


Şərhlər


Top