Paytaxtda yük maşını və avtobus yandı

Paytaxtda yük maşını və avtobus yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda avtomobil təmiri sexinin ərazisində baş verib. Nəticədə vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin banında 1 ədəd elektrik generatoru və kompressorun yanar hissələri yanıb, yüksək temperaturdan yaxınlıqdakı istifadə olunmayan konteynerin qapısı və sahibi məlum olmayan "Daewoo" markalı sərnişin avtobusunun qabaq sağ tərəf hissəsi əriyib. Yanğından yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər mühafizə olunub.

Nurlan

Dostlarınla paylaş


Şərhlər


Top