“Lexus”un sürücüsü yaxalandı

“Lexus”un sürücüsü yaxalandı

Yol-nəqliyyat hadisəsi törətmiş şəxs polis tərəfindən yaxalanıb. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da Türkiyə vətəndaşı Aslan İbrahimin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxs müəyyən edilib. əməliyyat-axtarış tədbirləri nəticəsində “Lexus” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Hafiz Rzayev saxlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top