04.11.2015
Qəzalar
ABŞ-da qatar uçdu
Amerikanın Luiziana ştatında güclü külək dəmiryol körpüsündə hərəkətdə olan doqquz vaqonun hərəkətinə mane olub. Cars-az xarici mətbuata istinadən bildirir ki, yerli müxbir həmin anları lentə ala bilib. Kadrlardan leysan və küləyin lövhələri tərpətdiyini, bir müddət sonra isə qatarı vuraraq körpüdən aşırtdığı görünür. Dəmiryol rəsmilərinin sözlərinə görə, hadisə zamanı qatar 6 kilometr/saat sürətlə hərəkət edirmiş. Qəza nəticəsində zərərçəkən olmayıb.