04.11.2015
Qəzalar
Sürücü piyadanı vurub qaçdı
Bakının Nərimanov rayonunda Türkiyə vətəndaşı yol qəzasında xəsarət alıb. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, aprelin 27-də saat 01 radələrində Heydər Əliyev prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Türkiyə vətəndaşı Aslan İbrahimi vurulub və o, xəstəxanaya yerləşdirilib. Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.