“Qırmızı”dan keçən sürücünü vurdular

“Qırmızı”dan keçən sürücünü vurdular

“Qırmızı”dan keçən sürücünü vurdular

Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu saatlarda Hənifə Ələsgərov küçəsi ilə Mirəli Qaşqay küçəsi kəsişməsində baş verib.

Belə ki, “Subaru” markalı avtomobil işıqforun qadağanedici göstərişi zamanı yolu keçməyə cəhd edib. Bu zaman digər küçə ilə hərəkət edən “Mercedes” markalı avtomobil “Subaru” markalı avtomobilə çırpılıb. Zərbə nəticəsində “Subaru” dəmir dirəyə çırpılıb.

Qəza nəticəsində sürücülər və avtomobilin daxilində olan sərnişinlər ciddi xəsarət alıb. Hər iki avtomobil yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top