04.11.2015
Qəzalar
Qızı vurub qaçan sürücü axtarılır
Ötən gün saat 20 radələrində Xətai rayonunun Gəncə prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Nərmin Şərifova vurulub. Cars-az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Hadisə ilə bağlı Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Fidan