11.12.2015
Qəzalar
Qaradağda yük avtomobili piyadanı vurub – FOTO + VİDEO
Qaradağda yük avtomobili piyadanı vurub. Cars-az apatv-yə istinadən xəbər verir ki, Müşfiqabad qəsəbəsi ərazisində "İsuzu" markalı yük avtomobilinin sürücüsü maşını arxaya verərkən 53 yaşlı İmaməddin Fazilovu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Müayinə zamanı İmaməddin Fazilovda kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri olması məlum olub. Sürücünün ifadəsi alınıb, avtomobili cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində araşdırmalar aparılır.