Qadın “KamAZ”ın altında qalıb öldü

Qadın “KamAZ”ın altında qalıb öldü

Qəbələ rayonunda dəhşətli yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 9-da saat 12 radələrində Qəbələ rayonunun Zarağan kəndində Şirvan şəhər sakini Elnur Əbilov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən rayon sakini Şəkər Cəbrayılovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb. Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top