Gəncədə əcnəbilər qəzaya düşdülər

Gəncədə əcnəbilər qəzaya düşdülər

Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində, Heydər Əliyev Park Kompleksinin qarşısında yol qəzası baş verib. Cars-az xəbər verir ki, bu barədə Kəpəz televiziyasının (Region TV) məlumatına görə, Şəmkir istiqamətində hərəkətdə olan və xarici şirkətin əcnəbi əməkdaşlarını daşıyan "Mercedes Vito" markalı avtomobil yoldan çıxaraq bardürə çırpılıb. Xoşbəxtlikdən, qəza nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, avtomobilin qarşısına başqa maşın çıxdığından sürücü idarəetməni itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top