09.12.2015
Qəzalar
Qəbələdə ağır qəza: ölən var
Qəbələ rayonunda ağır yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 8-də saat 10 radələrində Qəbələ şəhərində rayon sakini Elbrus Rəsulov idarə etdiyi «VAZ-21063» markalı avtomobillə yolu keçən həmyerlisi Rəhim Xancanovu vurub. Xəstəxanaya yerləşdirilmiş R.Xancanov orada ölüb. Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.
Fərid