09.12.2015
Qəzalar
Futbolçuları daşıyan avtobus qəza etdi, ölənlər var
Uqanda milli komandasının futbolçularını daşıyan avtobus ciddi qəzaya uğrayıb. Apasport.az saytının “Kawowo” portalına istinadən məlumatına görə, magistral yolda idarəetməni itirən avtobus taksiyə çırpılıb. İlkin istintaqın nəticəsinə görə, qəzaya səbəb sürətlə gedən nəqliyyat vasitəsinin təkərlərindən birinin partlaması olub. Minik avtomobilində olan dörd sərnişinin hamısı hadisə yerindəcə ölüb. Milli komanda üzvlərindən həyatının itirən olmasa da, bir neçə futbolçunun xəsarət aldığı barədə xəbərlər var.