İranda ağır yol qəzası - 5 ölü, 17 yaralı

İranda ağır yol qəzası - 5 ölü, 17 yaralı

İranda ağır yol qəzası - 5 ölü, 17 yaralı

İranın Səravan-Xaş magistiral yolunda 5 minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 17 nəfər ağır xəsarət alıb. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sistan-Bəluçestan vilayətinin Səravan bölgəsində baş verib. Vilayətin yol polis rəisi Əyyub Şərafəti bildirib ki, Saravan bölgəsi sərhədə yaxın olduğundan burada qaçaqmalçılıq hallarına tez-tez rast gəlinir: “Qaçaqmalçılar polisin əlinə düşməsinlər deyə maşınları sürətlə idarə edir və nəticədə də bu cür xoşagəlməz hadisələr və tələfatlar olur”.

Polis rəisinin bildirdiyinə görə, Səravan və Xaş bölgəsində əsasən Əfqanıstan və Pakistan vətəndaşları qaçaqmalçılıqla məşğul olur.

Dostlarınla paylaş


Şərhlər


Top