11.12.2015
Qəzalar
Metroda polis atəş açıd: 1 yaralı
Tehran metrosunda “Niru havayi” stansiyasında polisin əlindəki tapançadan açılan güllə nəticəsində sərnişin yaralanıb. Cars-az xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat verir. Tehran şəhər polis idarəsi məlumat yayaraq, metroda baş verən hadisənin polisin silahını yoxlayarkən yanlışlıqla açılan atəş nəticəsində baş verdiyini bildirib.
Məlumatda həmçinin bildirilir ki, yaralanan şəxs xəstəxanaya çatdırılıb və vəziyyəti qənaətbəxşdir.