Qaçırdığı avtomobillə qəza törətdi

Qaçırdığı avtomobillə qəza törətdi

Bakıda maraqlı olay baş verib. Сars-az xəbər verir ki, Daxili İşlər Nazirliyindən trend-ə verilən məlumata görə, fevralın 23-nə keçən gecə Bakı şəhər sakini Elşən İsmayılova məxsus "Ford Transit" markalı avtomobil Nərimanov rayonunun A.Qərib küçəsindən qaçırılıb. Daha sonra həmin avtomobil idarə edilərkən paytaxt sakini Elşad Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şərur rayon sakini Neman Həsənov tutulub.

Dostlarınla paylaş


Şərhlər


Top