11.11.2015
Qəzalar
Polis avtomobili partladıldı: 3 polis şəhid oldu
PKK terrorçuları Türkiyədə Şırnak vilayətinin Silopi şəhərində polis avtomobilini partladıblar. Cars-az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər polis həyatını itirib, bir nəfər yaralanıb. Diyarbəkir vilayətinin Silvan şəhərində isə yol kənarında quraşdırılmış partlayıcı qurğunun işə salması nəticəsində 21 hərbçi yaralanıb. Terrorçuların məhv etdirilməsi üçün ərazidə irimiqyaslı əməliyyat keçirilir.