11.11.2015
Qəzalar
Bakıda zəncirvari qəza + VİDEO
Bakıda 4 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Cars-az apa-ya istinadən xəbər verir ki, hadisə 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb. Hələlik kimliyi müəyyən olunmayan "BYD" markalı avtomobilin sürücüsü yol kənarında dayanan üç maşını əzib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. İlkin araşdırma zamanı müəyyən olunub ki, 28 May küçəsi ilə yüksək sürətlə hərəkətdə olan "BYD" nin sürücüsü qəfil idarəetməni itirib və yol kənarında dayanan "Volkswagen", "BMW" və "Mercedes" markalı minik avtomobillərini əzib. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Maşınlar evakuator vasitəsi ilə cərimə meydançasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.