Polis avtobusu partladıldı: 12 yaralı

Polis avtobusu partladıldı: 12 yaralı

Misirin Şimal Sina rayonunda polisləri daşıyan avtobus partladılıb.

Cars-az Anadolu agentliyinə istinadən xəbər verir ki, polisləri daşıyan avtobusun keçdiyi yol üzərində yerləşdirilən bombanın partlaması nəticəsində 12 nəfər yaralanıb. Yaralı polisləri ətraf xəstəxanalara çatdırmaq üçün hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, təhlükəsizlik qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb.

Bu ərəfədə Misir ordusu və polisi tərəfindən, başda Sina olmaqla bir sıra rayonlarda terrorçulara və təxribatçılara qarşı əməliyyatlara başlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top