04.11.2015
Qəzalar
Bərdədə maşınla avtobus toqquşub: 3 yaralı
Bərdə rayonunda ağır yol qəzası baş verib. Cars-az-ın "report"a istinadən məlumatına görə, şəhərin Heydər Əliyev prospektində baş verən qəzada "Mercedes" markalı minik maşını ilə "Ford" markalı mikro avtobus toqquşub. Hadisə zamanı minik maşının sürücüsü və sərnişini eləcədə mikro avtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.