04.11.2015
Qəzalar
Ucarda “Shacman”la “Mercedes” toqquşub, 1 nəfər ölüb
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az-ın APA-ya istinadən xəbərinə görə, hadisə iyulun 26-da axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb. “Shacman” markalı yük maşını ilə “Mercedes” markalı minik maşını toqquşması nəticəsində minik maşınının sürücüsü, Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Elçin Hikmət oğlu hadisə yerində dünyasını dəyişib.
Hadisənin başvermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.