04.11.2015
Qəzalar
Oğurluq maşında qəza - İki nəfər öldü
Dünən Yevlaxda baş verən yol qəzasında iki nəfər ölüb. Cars-az xəbər verir ki, bu barədə DİN-dən “qafqazinfo”ya verilən məlumata görə, martın 30-da Ağdaş rayonunun Orta Ləki kənd sakini Hicran Məmmədov RPŞ-yə müraciət edərək martın 29-da “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib. Avtomobilin şəhər sakini Rəşad Sadıqov tərəfindən qaçırılması və Yevlax rayonunun ərazisində idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində özünün və sərnişini Ramin İsayevin ölməsi müəyyən edilib.