04.11.2015
Qəzalar
Qəzada ana öldü, oğlu yaralandı
Abşeron rayonununda baş verən qəzada sürücünün anası ölüb. Cars-az xəbər verir ki, bu barədə DİN-dən verilən məlumata görə, hadisə martın 30-da saat 15 radələrində Təzəkənd kəndində qeydə alınıb.
Bakı şəhər sakini Tural İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Şəki rayon sakini İlqar Həmzətovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. T.İsgəndərovun sərnişini, anası Ətirə İsgəndərova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Nurlan