Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ölkədə baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Cars-az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 24-də saat 18 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində kənd sakini Qabil Salıfovun idarə etdiyi “VAZ-21013” və Qazax rayon sakini Səyalı Mirzəliyevanın idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub. Nəticədə Q.Salıfov hadisə yerində ölüb, S.Mirzəliyevanın sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa noyabrın 24-də saat 15 radələrində Neftçala rayonunun Xolqarabucaq kəndində kənd sakini Dabil Mustafayev idarə etdiyi “VAZ-21043” markalı avtomobillə yolu keçən həmkəndlisi Aysel Nəcəfovanı vurub. Xəstəxanaya yerləşdirilmiş A. Nəcəfova orada ölüb. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top