Polis binasında yanğın olub

Polis binasında yanğın olub

Suraxanı rayonunun Bülbülə qəsəbəsi, S.Bəhluzadə küçəsində yerləşən Çevik Polis Alayının 7-ci bölüyünün inzibati binasında yanğın olub.

Cars-az “report”a istinadən xəbər verir ki, binanın ikinci mərtəbəsində başlayan yanğına elektrik naqillərinin qısa qapanması səbəb olub. Hadisə nəticəsində binada olan bir neçə stol, stul, şkaf və digər mebel əşyaları yanıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top