Sürücü işləyən polis döyüldü 

Sürücü işləyən polis döyüldü 

Bakının Suraxanı rayonunda polis əməkdaşı döyülüb. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

R.Əlicanov küçəsində yerləşən çayxananın qarşısında Azər adlı şəxslə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində sürücü işləyən, polis serjantı Kamran Muxtarovla mübahisə edib.

Mübahisə zəminində Azər adlı şəxs Kamran Muxtarovu döyərək, ona xəsarət yetirib. Azər adlı şəxs həmçinin polis əməkdaşını öldürməklə hədələyib. Hadisə Kamran Muxtarovun xidmətindən kənar vaxt baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top