24.11.2015
Qəzalar
Naftalanda ağır qəza: 1 ölü, 1 yaralı
Naftalan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə Qaşaltı kəndində qeydə alınıb.
Naftalan şəhər sakini Şamil Şirinovun idarə etdiyi “VAZ-21213” markalı avtomobillə Tərtər rayon sakini Elbrus Behbudovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “M” markalı motosiklet toqquşub. Nəticədə E.Behbudov və sərnişini, Goranboy rayon sakini Mahmud Əzizov xəstəxanaya yerləşdirilib, M.Əzizov orada ölüb.
Faktla bağlı Naftalan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.