24.11.2015
Qəzalar
Pensiyaçı qadın özünü metro qatarının üstünə atdı
Moskva metrosunda qadın hərəkət edən qatarın üstünə tullanaraq ölüb. Cars-az xəbər verir ki, hadisə noyabrın 24-də səhər saatlarında “Arbatsko-Pokrovski xəttində “Arbatski” stansiyasında baş verib. Telekanal xəbər verir ki, qadın keçidin kənarından tullanıb. Qatar tunelə girən kimi qadın ölüb. Damında cəsəd olan qatar iki stansiya gedib. Qadının cəsədini “Kurskaya” platformasında damdan düşürüblər. Qadının 65-ə yaxın yaşı olduğu bildirilir. Polis baş verənlərə dair araşdırma aparır.