17.12.2015
Qəzalar
Motosiklet yarışında bədbəxt hadisə
Braziliyada təşkil olunan motosiklet yarışında bədbəxt hadisə baş verib. Cars-az atv.az-a istinadən xəbər verir ki, yarışda iştirak edən idmançılardan Jader Barbosa müsabiqə zamanı motosikletinin idarəsini itirərək qəza törədib. Onun törətdiyi qəza digər yarış iştirakçılarından birinin üzərində yerləşdirilmiş təhlükəsizlik kamerası vasitəsiylə lentə alınıb. Kadrlardan da göründüyü kimi, motosikletinin idarəsini itirən idmançı meşəlik əraziyə girib və ağaca çırpılıb.