17.12.2015
Qəzalar
“Daewoo” səkiyə çırpıldı
Gəncədə yol qəzası baş verib. Cars-az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncənin Məhsəti qəsəbəsinin girişində yol qəzası baş verib. Hərəkətdə olan “Daewoo” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq səkiyə çırpılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Avtomobil isə yararsız hala düşüb. Sürücünün kimliyi hələlik məlum deyil.