Gəncədə avtomobil divara çırpılıb, yaralı var

Gəncədə avtomobil divara çırpılıb, yaralı var

Gəncədə avtomobil divara çırpılıb, yaralı var

Gəncə-İmamzadə avtomobil yolunda yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə hadisə dekabrın 15-i saat 22 radələrində qeydə alınıb. “Mercedes” markalı, 90 PM 842 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top