15.12.2015
Qəzalar
Sürücü yatdı; betonqarışdıran maşın aşdı
Bu gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Shacman” markalı betonqarışdıran maşın aşıb. Cars-az xəbər verir ki, bu barədə hadisə şahidlərinin “report”a verdiyi məlumata görə, sürücü yüngül xəsarət alıb, maşına ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib. Hadisənin ilkin səbəbi kimi sürücünün sükan arxsında yatması və bu səbəbdən dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi göstərilir.
Faktla bağlı araşdırma aparılır.