15.12.2015
Qəzalar
Avtobus yarğana aşdı, 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb
Kolumbiyanın Kundinamarka departamentində turist avtobusunun yarğana aşması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Cars-az rianovosti agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda ekskursiyadan qayıdan 30-a yaxın kollec tələbəsi olub.
Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Şahidlərin sözlərinə görə, sürücü avtobusu yüksək sürətlə idarə edib, təhlükəli manevrlərə yol verib.
Qeyd edək ki, dekabrın 14-də Argentinanın Salta əyalətində jandarma avtobusunun yarğana yuvarlanması nəticəsində 43 nəfər ölüb.