15.12.2015
Qəzalar
Aşan nəhəngi yığışdıran yoxdur
Cars-az milli.az-a istinadən xəbər verir ki, bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində iritutumlu yük avtomobili aşıb.
Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsindən bildiriblər ki, hadisə gecə saat 3 radələrində baş verib. Qəza zamanı yük avtomobilinin sürücüsü idarəetməni itirib və bu zaman avtomobil aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hazırda hələ də hadisə yerində aşmış vəziyyətdə qalmış yük avtomobili yolda nəqliyyatın hərəkətinə mane olmur.
Faktla bağlı araşdırma aparılır.