16.12.2015
Qəzalar
Bakıda “VAZ” və “AzSamand” toqquşub: xəsarət alan var
Bakının Nəsimi rayonu ərazisində “VAZ” və “AzSamand” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, nəticədə, "AzSamand" markalı minik avtomobili deformasiyaya uğrayıb və 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sərnişini xilas edib və aidiyyətı üzrə təhvil verib.
Fidan