Minik maşını traktorla toqquşdu: iki ölü - YENİLƏNİB
İsmayıllı rayonunda minik avtomobilinin traktora çırpılması nəticəsində dünyasını dəyişən şəxslərin adları məlum olub. Cars-az apa-ya istinadən xəbər verir ki, "VAZ 2107" markalı minik avtomobilin sürücüsü, Ağsu rayonu Pirhəsənli kənd sakini, 1986-cı il təvəllüdlü Kərimov Razi Arzulla oğlu və avtomobildə olan sərnişin, Qaraqoyunlu kənd sakini, 1970-ci il təvəllüdlü Əhmədov Elsevər Hacı oğlu qəzada ölüblər.
10:32
İsmayıllı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az apa-ya istinadən xəbər verir ki, noyabrın 4-də saat 23 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 171-ci kilometrliyində, İsmayıllının Əyyubbəyli kəndi ərazisində 90-LM-047 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili qaranlıq vaxtı yolda dayanmış traktora çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü və sərnişini aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.