04.11.2015
Qəzalar
Yük maşını dərəyə aşdı
Cəlilabad rayonunda çınqıllı daşla dolu yük maşını dərəyə yuvarlanıb. Cars-az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarından rayonun Cəlayar kəndində baş verib. Rayon sakini 25 yaşlı Asim Məmmədov sükan arxasında olduğu "Kamaz” markalı yük avtomobili ilə hərəkət zamanı idarəetməni itirib və avtomobil yol kənarındakı dərəyə yüvarlanıb. Sürücü Cəlilabad rayonun Mərkəzi Xəstəxanasına aparılıb və hazırda vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.