04.11.2015
Qəzalar
Yolu keçən qadını maşın vurdu
Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə bu gün, saat 13 radələrində şəhərin mərkəzində - Nizami prospektində baş verib. Şəhər sakini, 48 yaşlı Pərvanə Şirinova yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralıya ilkin tibbi yardım göstərib və palataya köçürüblər. Qadının vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.