
Qəzaya düşən avtomobil
ANS PRESS-in məlumatına görə, qəzada sürücü və avtomobildə olan həyat yoldaşı - 42 yaşlı Narınc Sultanova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.

Qəza törətmiş sürücü
Əvvələr də Tatlı-Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində qəzalar baş verirdi. Qorunan keçidlər tikiləndən sonra isə bu problem bir qədər aradan qalxmışdı. Bu dəfə isə sürücü ehtiyatsızlığı qəzaya səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.