19.11.2015
Qəzalar
Mikroavtobusla yük maşını toqquşdu: 2 ölü, 7 yaralı
Türkiyənin Şanlıurfa vilayətində ağır yol qəzası olub. Cars-az xəbər verir ki, şagirdləri aparan mikroavtobusla yük maşını toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırdır. Qəza səbəbindən magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.