19.11.2015
Qəzalar
Tovuzda iki avtomobil toqquşdu: 2 yaralı
Cars-az xəbər verir ki, Tovuzda yol nəqliyat hadisəsi rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. Rayon sakinləri Zaur Məmmədova məxsus "VAZ 21-07" markalı avtomobil Elnur Hüseynovun sürdüyü "TOFAŞ"la toqquşub. Nəticədə Zaur Məmmədov və "TOFAŞ"ın sərnişini Seymur adlı şəxs xəsarət alıb. Sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra o, Gəncəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.