19.11.2015
Qəzalar
Qatar vurması nəticəsində qolsuz qalan şəxs intihar edib
Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Cars-az “report”a istinadən xəbər verir ki, 43 yaşlı Natiq Namazov yaşadığı doqquzmərtəbəli binanın damına çıxaraq özünü aşağı atıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, N.Namazovu ayyarım əvvəl qatar vurub. Hadisə Şəmkir rayonunda baş verib. Həmin vaxt xəstəxanaya yerləşdirilən N.Namazovun sağ qolu amputasiya edilmişdi.