Bakı-Sumqayıt yolunda qəza: Bir nəfər yaralanıb

Bakı-Sumqayıt yolunda qəza: Bir nəfər yaralanıb

Bakı-Sumqayıt yolunda qəza: Bir nəfər yaralanıb

Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Cars-az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top