18.11.2015
Qəzalar
Dəhşətli qatar qəzası - 13 ölü, 150 yaralı
Cars-az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində qatar qəzası olub. Hadisə nəticəsində 13 nəfər ölüb, 150-i xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralıların 25-nin vəziyyəti ağırdır. Qəzaya ilkin səbəb kimi qatarın əyləcindəki nasazlıq göstərilib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.