Mikroavtobus kanalizasiya quyusuna düşdü

Mikroavtobus kanalizasiya quyusuna düşdü

Avtomobillə toqquşan mikroavtobus yol kənarındakı quyuya düşüb. Cars-az atv.az-a istinadən xəbər verir ki, Çinin Quandun vilayətində baş verən yol qəzası ortaya qeyri-adi mənzərə çıxarıb. Bir anda gözdən itən nəqliyyat vasitəsini quyudan çıxarmaq üçün əraziyə kran cəlb olunub. Müşahidə kamerasına düşən görüntülərdə döndəgən çıxan avtomobilin sürücüsünün sürəti azalda bilmədiyi aydın görünür. Minik avtomobili mikroavtobusla toqquşmadan sonra istiqamətini dəyişib. Nəzarətdən çıxan nəqliyyat vasitəsi kanalizasiya quyusuna düşüb.

Dostlarınla paylaş


Şərhlər


Top