"Şaxta baba"lar 7 avtomobilə od vurdular

"Şaxta baba"lar 7 avtomobilə od vurdular

Sankt-Peterburqda Yeni il ərəfəsində "əylənmək" istəyən naməlum şəxslər Pulkovsk küçəsində 7 avtomobili yandırıb. Cars-az xəbər verir ki, müşahidə kameraları cinayətin necə baş verdiyini lentə alıb. Dekabrın 28-də gecə saatlarında başlarına Şaxta Baba papağı keçirmiş iki şəxs maşınlara yaxınlaşaraq, üzərlərinə tez alışan məhlul tökərək od vurub. Üç avtomobil dərhal alışıb, yaxınlıqda olan daha 4 maşına isə qismən ziyan dəyib.

Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar.

Dostlarınla paylaş


Şərhlər


Top